Türkiyəli müğənni Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istədiyini açıqlayıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə Bakı Konqres Mərkəzində keçirilən konserti zamanı jurnalistlərə müsahibəsində bildirib.
O, "Çocuklar Gülsün Diye" adlı uşaq bağçasını Azərbaycanda da açmağı arzuladığını etiraf edib:
"Bir gün "Uşaqlar gülsün deyə" bağçasını Azərbaycanda açaram, inşallah. Nə gözəl olar. Bunun üçün Türkiyə və Azərbaycan təhsil nazirlikləri birgə protokol imzalayıb mənə icazə verməlidirlər. Mən uşaqları o qədər sevirəm ki, onların gülməsi üçün dünyanın hər bir yerinə gedərəm".
Qeyd edək ki, Gülben Ergenin qurucusu və rəhbəri olduğu "Çocuklar Gülsün Diye" dərnəyi indiyədək Türkiyədə 60 uşaq bağçası açıb.