Türkiyəli müğənni Gülbən Ərgən “Haberturk TV”nin Ümumi Yayım rejissoru Ərxan Çəliklə ailə həyatı qurub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərxan Çəlikin 4 il əvvəl, yəni 26 oktyabr 2010-cu ildə “Twitter”də Gülbən Ərgən haqqında xoşagəlməz ifadələr yazdığı ortaya çıxıb:
“İnsanların ən cahili, şəxsiyyətini axtararkən xarakterini göstərən pozalar verənlərdir. Maşallah, sizdə də poza çoxdur, amma çərçivəyə salına biləcək şəkil yoxdur. Prezidentin əlindən lövhə alınca, ölkəsi ilə əlaqədar qayğıları yox oldu. Möcüzə lövhə, indi bütün əczaxanalarda”.
Qeyd edək ki, Gülbən Ərgənin “Anadolu Atəşi” rəqs qrupunun rəhbəri Mustafa Ərdoğanla evliliyindən üç, Ərhan Çəlikin isə əvvəlki nikahından bir oğlu var.
Aytən Sadıqzadə