Türkiyəli müğənni Gülşən yeni albomunda yer alan “Dan dan” adlı mahnıya klip çəkdirib.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, çəkilişlər Kaliforniyada baş tutub. Müğənni yeni klipi üçün qırmızı çimərlik geyimi və uzunboğaz çəkmə geyinib.
Ekran işinin rejissoru Koray Biranddır. Gülşənin tərəf müqabili isə norveçli model Helge-dir.