Müğənni Günay İbrahimli və prodüseri Toma Hüseynəliyeva Gürcüstandan qayıdıblar.

Oxu.Az xəbər verir ki, müğənni Elvin Abdullayevin ona yazdığı bəstəni, Günay Gürcüstanın məşhur “Bravo Rekords” studiyasında aranjiman etdirib. Novruz bayramı ərəfəsində Günay İbrahimli Tbilisidə, gürcü rejissoruna klip də çəkdirəcək.

Aqil M. Quliyev isə Günayın “Huzur” mahnısını ekranlaşdırır. Yaradıcılığında güclü start götürən ifaçının iki həftə sonra yeni albomu işıq üzü görəcək:

“Çox güclü iş rejimində çalışıram. İki həftə sonra çoxdandır gözlədiyim albomu təqdim edəcəm. Qarşıda turne də var. Ölkəmizin beş rayonunda konsert verəcəm, onlardan biri mütləq silahlı qüvvələrimizin Qarabağın nəzarəti altında olan bölgəsi olacaq, çünki mən Qarabağlıyam”.


Aytən Sadıqzadə
www.oxu.az