Şou-biznesin digər nümayəndələri kimi müğənni Günay İbrahimli də yuxusuzluqdan əziyyət çəkir.
Oxu.Az ifaçının “Onlar” verilişinə olan açıqlamasını təqdim edir:
“Son iki ildir, 24 saatın cəmi 4-5 saatını yatıram. İş rejimim elədir ki, çəkilişlərim olur, evə gec gəlirəm. Gecə saat 3-4-dən tez yata bilmirəm”.
Müğənni eyni zamanda yeni mahnı lentə aldırdığını da söyləyib:
““Dəlisiyəm gecənin” adlı yeni mahnının musiqisi Pərviz Mahmudova, sözləri reper Nadoya aiddir. Aranjimançısı Elvin Musayevdir. Bu mahnıya bir dəfə qulaq asan kimi oxuyacağıma qərar verdim. Çünki mənim ifamda belə mahnı səslənməmişdi. Bu mahnıya fərqli tərzdə klip də çəkdirirəm”.
Daha sonra müğənni Sankt-Peterburqa səfəri zamanı başına gələnlərdən söz açıb.
Həmin videonu təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az