“ATV maqazin onlarla” verilişinin “Fashion” rubrikasının qonağı müğənni Günay İbrahimli olub.
Oxu.Az axsam.az-a istinadla xəbər verir ki, ifaçının libasını stilist Saxar təhlil edib.
Geyim tərzindən danışan G.İbrahimli hər zaman özünə yaraşanı geyindiyini bildirib:
“Deyilənə görə, zövqlü xanımam. Çalışıram mənə yaraşanı geyinim. Hərdən nə gəldi geyinib, evdən çıxıram. Amma yoldan qayıdıb, libasımı dəyişdiyim an da olub. Şou-biznesdə Zamiq Hüseynovun və Röya Ayxanın geyim tərzini bəyənirəm”.
Stilist ifaçının geyimindəki qüsurları sadalayıb:
“Günay zövqlüdür. Libası ümumi yaxşı görünür. Kürkünü çıxarsa, iç geyimi görünəcək. Paltarın sinə duruşu pisdir. Saçında qüsur var, qaynaqları görünür. Ayaqqabısı libasa uyğun deyil. Çəkməsinin boğazı qısa olsaydı, daha yaxşı olardı”.