Müğənni Elton Hüseynəliyev həmkarı Günay İbrahimlinin sevgilisi olduğu deyilən Rəşad adlı gənclə fotoşəkilini sosial şəbəkədə paylaşıb.
Oxu.Az xəbər verir ki, E.Hüseynəliyev həmin şəxslə qohum olduğunu yazıb.
“Rəşad mənim dost-doğma qohumumdur. Onun rəhmətlik atası mənim nənəmin əmisi oğludur. Rəşad pulu ilə yox, öz təmiz adı və şücaəti ilə hörmət qazanıb. Pulu isə kasıblara xərcləyib. O, yazıqlara, kasıblara qardaş, zalımlara isə zalım olub. Mən və dostları onunla fəxr edirik!”, - deyə ifaçı qeyd edib.
E.Hüseynəliyevin sözügedən paylaşımını Günay İbrahimli də bəyənib. Sosial şəbəkə istifadəçiləri isə Rəşadın G.İbrahimlinin sevgilisi olduğunu və cütlüyün bir-birinə yaraşdığını yazıblar.
G.İbrahimli isə sevgilisinin kimliyini mediadan gizli saxlamağa çalışır.
A.S.
www.oxu.az