Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin eks-prezidenti Tağı İbrahimovun oğlu Elşən İbrahimovla yeni fotoları yayılıb.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, Musayeva İnstagram səhifəsində paylaşdığı fotolarda E.İbrahimovu ən yaxşı dostu kimi təqdim edib. Fotolarda İbrahimovla birgə modelin rəfiqələri və əri Tolqa Karel də var.
Qeyd edək ki, Elşən İbrahimov Günay Musayevanın oğlu Cihangirin kirvəsidir.