“Yaprak dökümü” adlı serialla ulduzu parlayan məşhur türk aktyor Tolqa Karel artıq seriallarda rol almayacağı barəsində sosial şəbəkədə yazı paylaşıb.
Oxu.Az xəbər verir ki, “Həyatımı xərcləmək bahasına seriallara vida edirəm. Artıq sizinlə sevdiyim anları paylaşacağam” yazan Karel, daha sonra bu mesajını silib.
Son olaraq “Bir zamanlar osmanlı Kıyam” adlı serialda rol alan Tolqa Karel əvvəllər “Sübut”, “Yaprak dökümü”, “Kabuslar evi: Qaranlıqdan gələn”, “Borc həyat”, “Evdəki əcnəbi” kimi bir çox seriallarda rol alıb.
Xatırladırıq ki, türkiyəli aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə 2011-ci ildə ailə həyatı qurub. Onların Cahangir adında oğlu var. Cütlük ötən ilin noyabrından ayrı evdə yaşasa da rəsmi şəkildə boşanmayıb.
Aytən Sadıqzadə
www.oxu.az