Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Kiprdə keçirilən moda gecəsinə qatılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, modelyer Aydın Göynünün yeni kolleksiyasını nümayiş etdirən model transparan libası ilə diqqət çəkib.
Podiumda Günay Musayeva ilə yanaşı Tuğba Altıntop, Tuğçe Sarıkaya, Sanem Balcı kimi məşhur moddellər də yer alıb.