Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva, haqqında çıxan sevgili xəbərlərinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Günay iddianın əsassız olduğunu deyib:
“Hürriyet Berkay İnan mənim sevgilim deyil. Mənim ən yaxın dostlarımdan biridir. Özü də onun 24 yox, 30 yaşı var”.
Qeyd edək ki, Musayevanın rejissor Hürriyet Berkay İnanla sevgi münasibətinin olduğunu “Posta” qəzeti yayıb.

Pərviz Hüseyn
www.oxu.az