Müğənnilər Günay İbrahimli və Zamiq Hüseynov "Qalib ol" adlı duetlərinə klip çəkdiriblər.
Oxu.Az-a bu haqda məlumat verən ifaçılar bildiriblər ki, güləşə həsr olunan mahnının sözləri və musiqisi Murad Quliyevə məxsusdur. Klipin rejissoru Samirə Xasməmmədova, prodüseri isə Toma Hüseynəliyevadır. Klipdə Günay və Zamiqin imicləri üzərində stilist Elnur Həsənov çalışıb.
Günay və Zamiq bu layihələri ilə Avropa Oyunlarında idmançılarımıza dəstəklərini göstəriblər.
Klip çəkilişindən Fərhad Əhmədovun çəkdiyi fotoları təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az