Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva modelyer Çiğdem Akının Karaköy Antrepo 3-də təşkil etdiyi dəfilədə podiuma çıxıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun ətək, sinəsində gül ləçəkləri olan “transparan” libasla səhnəyə çıxan model geyimi ilə yenidən müzakirə mövzusuna çevrilib. Jurnalistlərin suallarını cavablandıran Musayeva geyimi ilə bağlı sualı isə “Nəinki Tolqa, atam belə mənim işlərimə qarışa bilməz” cavabını verib.
Çiğdem Akın isə modelin libası haqda:
“Ötən nümayişlərdə cəhənnəm və arafı canlandırmışıq. İndi cənnəti təsvir etdim. Günay da Həvva oldu”-, deyə bildirib (Qafqazinfo).