Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Günayın ərinin ürək sızladan həyat hekayəsi – VİDEO
Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel “Survivor” yarışmasında tamaşaçılara ürək ağrıdan həyat hekayəsini danışıb.
Oxu.Az xəbər verir ki, aktyor tanınmamışdan öncə çox kasıb həyat sürüb. O, yaşadıqlarını izləyicilərə göz yaşları içərisində etiraf edib:
“Mənim pulsuz-parasız olduğum vaxtlarda, hər şeyimi itirdiyim vaxtlarda, hamıdan borc aldığım zamanda “Yaprak dökümü” serilanın ssenarisi mənə təqdim olundu. İlk dəfə bu təklifi alanda düşündüm ki, dəfələrlə bu ssenari çəkilib və başqa aktyorlar tərəfindən həmin obraz canlandırılıb. Bu rol məndə alınmayacaq.
Mən rejissorla görüşmək üçün mağazadakı satıcıdan borc alıb, marşruta minib getmişdim. Həmin obraz üçün 186 nəfər arasından mən seçildim. Bəyənilməyəcək və son ümidimdir dediyim həmin ssenari məni çoxmilyonlu türk xalqına tanıtdı.
“Yaprak dökümü”ndən qazandığım pulla özümə Kandilidə kirayə ev tutmuşdum. Həyət evi idi, mən aşağı mərtəbədə, ev sahibi isə yuxarı mərtəbədə yaşayırdı. Həyətdə tut ağacı var idi.
Bir dəfə 1-2 ədəd tut qopardım ki, yeyim.
Evin sahibi mənə “Sən tut ağacına əl vura bilməzsən, bu, mənim ağacımdır” dedi. Bu hadisə mənə çox pis təsir etdi. Allaha qəlbən yalvardım ki, bir gün mən də ev alıb, bağımda tut ağacı əkmək istəyirəm. Aradan 3 il il keçdi. Topladığım pullardan özümə bir ev aldım. Həmin vaxt qış fəsli idi. Həyətimdəki bütün ağaclar quru, çılpaq idi.
Yaz vaxtı bir gün həyətdə təmizlik işləri ilə məşğul olurdum, qurumuş ağacaları kəsirdim. Baxdım ki, bağçanın küncündə quruyub qalan ağac bolluca tut gətirib, sən demə, o tut ağacı imiş. 5 ildir ki, mən orada yaşayıram, hər il o ağacdan bol-bol tut yığıram.
Kirayə yaşadığım zaman ev sahibinin mənə yeməyə qadağa etdiyi tutu indi mən öz ağacımdan bütün qonşulara paylayıram.
Hər kəsə demək istəyirəm ki, əgər nəyisə ürəkdən əldə etmək istəyirsinizsə, həmin vaxt olmasa da, nə zamansa Allah onu sizə bəxş edəcəkdir. Çünki mən bunu yaşamışam”.
Həmin videoya linkə daxil olaraq baxa bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az