Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karel müsahibələrinin birində maraqlı açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, aktyor “Survivor” yarışmasından sonra qadınlara qarşı heç bir marağı olmadığını etiraf edib:
“Qaldığımız adada kimsənin seks həyatı ola bilməzdi. Orada qadının da, kişinin də cinsi fərqi aradan qalxır, hər kəs, yalnız müsabiqə iştirakçısı olur. Bu səbəbdən, yarışmadan sonra həmin psixoloji ab-havadan çıxa bilməmişəm, qadınlara qarşı hələ də heç bir marağım yoxdur”.