Hadisə indi də moda dünyasına əl atıb.

Oxu.Az xəbər verir ki, məşhur geyim markası “Twist” ilə razılaşan müğənni “Hadisə for Twist” kolleksiyasını hazırlayıb.

2 illik müqavilə əsasında 2,5 milyon TL alan Hadisənin kolleksiyası 5 oktyabrda mağazalarda olacaq.

“Twist”lə əvvəl Ajda Pekkan çalışaraq 1 illiyinə 1 milyon TL almışdı.

Hadisənin öz adını daşıyan kolleksiyasının hazırlamasında ona dizayner bacısı Derya da kömək edib.


Aytən Sadıqzadə
www.oxu.az