Hollivud ulduzu Stiven Siqal Avropa turnesi çərçivəsində konsert vermək üçün İstanbuldadır.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, məşhur aktyor-müğənni otellərdən birində iftar yeməyinə qonaq çağırılıb. Dəvəti qəbul edən Siqal medianın diqqət obyektinə çevrilib. Jurnalistlərə müsahibəsində o, müsəlmanların müqəddəs bayramını təbrik edib:
“Burada olduğuma görə çox xoşbəxtəm. Türk və Osmanlı tarixi, memarlığı ilə maraqlanıram. Ramazan ayınız da mübarək!”.
Qeyd edək ki, Stiven Siqelin konsert proqramı sabah baş tutacaq.