Türkiyənin tanınmış aktyor-müğənnisi Hülya Avşar yeni il gecəsi türkiyəli paparatsilərin foto-kameralarına tuş gəlib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Türkiyə mediası verdiyi məlumata görə, Hülya 2014-cü ili azərbaycanlı iş adamı Mübariz Mənsimovun təşkil etdiyi ziyafətdə qarşılayıb.
Gecəyə bacıları Leyla Avşar, Helin Avşar və əmisi professor Erol Avşarla qatılan Hülya yaxınları ilə səhər saatlarına qədər əylənib.
