Mərhum repçi Hüseyn Dəryanın oğlu Cahangir Muradov oxuduğu məktəbdə keçirilən “Son zəng”də iştirak edib.
Oxu.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu haqda məlumatı Hüseyn Dəryanın keçmiş həyat yoldaşı, Cahangirin anası Sona Muradova verib.
O bildirib ki, 191 nömrəli məktəbin 1-ci sinif şagirdi olan Cahangir təşkil olunan tədbirin “son zəng”ini çalıb. Tədbirdə prodüser Sayqa Cahid, rejissor Kənan M.M, repçilər Qurd və Dado da iştirak ediblər. İfaçılar tədbir zamanı çıxış da ediblər. Maraqlı məqam isə Hüseyn Dəryanın oğlu Cahangirin rep söyləməsi olub.