Müğənni İbrahim Tatlısəs Şanlıurfadan deputatlığa namizədliyini irəli sürəcək.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə “Twitter”də yazıb:
“Sizi səhnədə görmək istəyirik” demək əvəzinə “Sizi TC Böyük Millət Məclisində görməyi arzulayırıq” söylədiniz. Siz məni harada görmək istəyirsinizsə, mən də orada olacağam. Məclisdə olmaq mənim üçün böyük şərəfdir”.