Ötən günlərdə köhnə şəkilini İnstagram səhifəsində paylaşaraq “İgid quru soğana möhtac olarmış” şərhini yazan İbrahim Tatlısesin bu sözləri maddi baxımdan çətinlik çəkdiyi dedi-qodularının ortaya çıxmasına səbəb olub.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmin sözlərdən sonra Quşadasındakı otelini satan Tatlıses, indi də Bodrumdakı otelini satışa çıxarıb.
Müğənni Bitezdə olan 6500 kvadrat metrlik 49 ədəd binadan ibarət və 10 otaqlı xüsusi bir villaya malik oteli dəyərindən çox aşağı qiymətə, 13 milyon türk lirəsinə satır.
Aytən Sadıqzadə
www.oxu.az