Tanınmış ilahiyyatçı İsmayıl Əhməd tanınmış ekstrasenslər (Zirəddin Rzayev və Həsən Həsrətli) haqqında sosial şəbəkədə sərt sözlər yazıb.
Oxu.Az xəbər verir ki, İ.Əhməd vurğulayır:
“Əgər qeybi bilsəydim, sözsüz ki, daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. (Əraf.188).
Özlərinin burnunun ucundan o tərəfi görə bilməyən, amma başqalarının neçə il sonrasından xəbər verən bizim bu “durbinlər” (farsca-uzaqgörən) görəsən nə üçün özləri barədə proqnoz verə bilmirlər? Soruşanda deyirlər ki, ekstrasenslər özləri barədə bir zad deyə bilmirlər. Əvvəla bu qanun hardan pırtlayıb ortaya çıxıb və onun hansı ... baş icad edib? Tutaq ki, bu, doğrudan da belədir, onda nə olar bir-biriniz barədə “durbin”lik edin də. Olmaz bəyəm?”.
Aytən Sadıqzadə
www.oxu.az