Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlhamə Qasımova: Bir nömrə mənəm
Müğənni İlhamə Qasımova qalmaqal yaradacaq açıqlama verib.
Oxu.Az Qafqazinfo-ya xəbər verir ki, ifaçı “ATV maqazin” verilişinə açıqlamasında özünü şou-biznesin bir nömrəli sənətçisi adlandırıb:
“Mən bu sənətdə nömrə birəm. İstəsəm estrada, istəsəm isə xalq mahnısı ifa edərəm. Oxumağımın təvazökarlığa dəxli yoxdur. Səsimə güvənirəm. Yaradıcılığıma, sənətimə görə, nömrə birəm. İndi qəlbim, mahnıya münasibətim başqadır. Şou-biznesin forması dəyişib, hər şey qəribə olub. Xanım həmkarım istəyirəm oğlan kimi olmasınlar, davranışlarını dəyişsinlər. İstəmirəm müğənnilərin arxası ilə danışsınlar. Mənə deyirlər ki, gənc müğənni İlhamə Qasımova. Şou-bisnesdəki müğənnilərin əksəriyətindən böyüyəm. Mənə gənc müğənni deyəndə xoşum gəlir”.