Müğənni İlhamə Qasımova ailə həyatından danışıb.
Oxu.Az ATVxəbər.az-a istinadla xəbər verir ki, müğənni rəsmi nikahın önəmsizliyindən danışıb. Hər iki yoldaşı ilə rəsmi qaydada evlənmədiyini bildirən müğənni yalnız övladı olarsa məcburiyyətdən rəsmi qaydada evlənəcəyini açıqlayıb:
“Heç bir yoldaşımla rəsmi qaydada nikahım olmayıb. VVAQ mənə maraqlı deyil. Mənim üçün əsas kəbindir. VVAQ-a o vaxt gedərəm ki, övladım olsun. O da ki, məcburiyyətdən, istəyərək heç vaxt rəsmi qaydada evlənmərəm”.