Azərbaycanın xalq artisti İlhamə Quliyeva özünə zirehli avtomobil alıb.
Oxu.Az show.az-a istinadən xəbər verir ki, avtomobilini mediaya təqdim etməyən, şəklini çəkməyi qadağan edən xalq artisti ilk dəfə olaraq öz avtomobilini çəkmək üçün icazə verib.
“Çox rahat maşındır, elə bil ki, uçursan” - deyə avtomobilini tərifləyən xalq artisti nömrəsini təqdim etməkdən də çəkinməyib:
“90-GO-101 dövlət nömrə nişanlı “İnfiniti”im çox rahatdır”.