Azərbaycanın xalq artisti İlhamə Quliyeva daim orijinal bəyanatları ilə gündəmdədir.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu dəfə o, Space telekanalında “Söz sözü gətirər” verilişinin efirində keçmiş həyatında kim olduğunu bildirib.
“Mənimlə kraliça kimi rəftar edəndə çox xoşum gəlir, çünki mən elə kraliçayam. Hər kəsin keçmiş həyatda kim olması barədə öz rəyi var. Mən isə əminliklə deyə bilərəm ki, keçmiş həyatımda ingilis kraliçası olmuşam” – deyə, İ.Quliyeva bildirib.