Xalq artisti İlhamə Quliyeva Yeni il gecəsini duet ortağı Nuri Sərinləndiricinin konsertində qeyd edəcək.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, xalq artisti “Bu il nəvənizə bayramda nə hədiyyə edəcəksiniz?” sualına belə cavab verib:
“Yanvarın birində nəvəmi, oğlumu və gəlinimi də götürüb Antalyaya gedəcəm. Orada yeddiulduzlu oteldə dincələcəyik. Bu da mənim onlara bayram hədiyyəm olacaq. Onu da bildirim ki, bu istirahət mənə hədiyyədir. Mən də ailəmə hədiyyə edirəm”.
Qeyd edək ki, İ.Quliyevanın oğlu Orxan ötən il Arifə adlı xanımla ailə qurub. Cütlüyün Ruslan adlı bir oğlu var.
