Bəziləri deyirlər ki, İlhamə özündən razıdır. Amma səhv edirlər. Mən özümdən artıqlaması ilə razıyam. Mən çox yaxşı insanam. Gözəl sənətkaram.
Bu sözləri Azərbaycanın və Dağıstanın xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli sənətkarımız İlhamə Quliyeva söyləyib.
Oxu.Az xəbər verir ki, xalq artisti ilk dəfə “Onlar”a evindən oğurluq edilməsindən danışıb:
“10 il çörəyimi yeyən insanlar, mənə qarşı cibgirlik ediblər. Anam rəhmətə gedəndən sonra bankomatdan bir il onun pulunu çəkiblər. Buna görə dövlətə cibimdən neçə min pul ödəmişəm.
Süfrəmdə oturub çörəyimi yeyə-yeyə, ora-bura ağızlarına gələn mesajları yazıblar. Onların hamısını it kimi qovmuşam”.
Aytən Sadıqzadə