Məşhur teleaparıcı İlkin Həsəninin 40 min manat müqabilində yerli banklardan birinin reklam rolikinə çəkilməsi barəsində Qafqazinfo saytında xəbər yayılıb.
Oxu.Az mövzu ilə əlaqədar teleaparıcı ilə əlaqə saxladı:
“Düzdür, yerli banklardan birinin reklam çarxına çəkilmişəm. Lakin müqavilənin şərtlərinə görə nə bankın adını, nə də qonorarın məbləğini açıqlaya bilmərəm”.
Qeyd edək ki, Qafqazinfo-ya daxil olan xəbərə görə, adı açıqlanmayan şəxs, ötən həftənin sonlarında İlkin Həsənini fotoqraf Ruslan Nəbiyevin studiyasında görüb. Fotoqraf İlkin Həsənini yeni foto çəkilişlərə hazırlayırmış və onlar rolik haqda söhbət edib.
Mənbənin məlumatına görə, İlkin Həsəni yeni reklam rolikinə çəkildiyini və bunun müqabilində ona 40 min manat verildiyini deyib. Oxucumuzun sözlərinə görə, o, söhbət əsnasında reklam roliki haqda eşitsə də, onun hansı bank üçün hazırlandığını müəyyənləşdirə bilməyib.
Mənbə onu da bildirib ki, onu heyrətləndirən əsas məqam teleaparıcıya bir rolikə görə nə az, nə çox düz 40 min manat qonorarın verilməsi məsələsidir ki, heç bir yerli şou-biznes ulduzuna bir reklam rolikində iştiraka görə bu qədər qonorar verilmir.