Əməkdar artist İlqar Muradov Latviyaya yollanıb.
Oxu.Az xəbər verir ki, müğənni yeni klipiin çəkilişi üçün oraya gedib.Bütün çəkiliş heyəti Latviyadandır, yalnız rejissor azərbaycanlı Vüsal Qarayevdir. Klipin süjet xətti işdə məhəbbət macərası əsasında qurulub.
Müğənni “ATV” telekanalında yayımlanan “ATV maqazin” verilişində qeyd edib ki, onun Latviyada klip işlərini yönəldən Simona adlı xanım prodüseri də var. Onların iş birlikləri hələ davam edəcək.Yaxın zamanlarda Riqada konsert verməyi də planlaşdırır.
Aytən Sadıqzadə
www.oxu.az