Dünyaca məşhur italyan müğənni İnqrid və “Qolos krayni” yarışmasından sevilən azərbaycanlı ifaçı Vaqif Nağıyev duet şəklində ifa etdikləri “Ümid yağışı” adlanan mahnının çoxdandır gözlənilən klipini təqdim ediblər.
Oxu.Az xəbər verir ki, bəstənin sözləri Alxanlıya, musiqisi Gövhər Həsənzadəyə, aranjimanı isə Yaşar Baxışa məxsusdur. Ekran işinin rejissoru almaniyalı Aleks Berkoviçdir.
Qeyd edək ki, İnqrid mahnını həm fransız, həm də Azərbaycan dilində ifa edib.
Aytən Sadıqzadə
www.oxu.az