Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İntiqam və Ehtiram Rüstəmovlar Rusiya şou-biznesində
Rusiya səfərindən yeni qayıdan meyxanaçılardan xəbər var.
Oxu.Az “Günəbaxan” verilişinə istinadən xəbər verir ki, İntiqam və Ehtiram Rüstəmovlar yenilikləri barədə verilişdə məlumat veriblər.
“Rusiyada bir yarışmada, “Qoluboy oqanek” verilişində iştirak edəcəyik. Həmçinin, Rusiya seriallarının birində çəkiləcəyik”.
Yeni albom üzərində çalışdıqlarını deyən meyxanaçı qardaşlar bunları söyləyib:
“Əsasən 5-6 meyxananın yer alacağı albom məxsusi olaraq Rusiya üçün hazırlanır. Albomda yer alacaq sonuncu mahnı isə Azərbaycanda olduğu kimi Rusiya sürücülərinin də yaralı yeri olan tıxaclara həsr olunub”.
Aytən Sadıqzadə
www.oxu.az