Teleaparıcı İradə İsaq müğənni Sura Əsgərlinin intihar etməsi barədə sosial şəbəkədə fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, İsaq müğənninin özünü öldürməsinə çox kədərləndiyini və vaxtilə o da bu yolu seçmək istədiyini yazıb:
“Bu qızı heç tanımırdım, amma istedadı gözəl idi. Çox üzdü məni bu ölüm. Necə əli gəlib bu istedada qıymağa? Nələr səni məcbur edib bilmirəm. Bu yolu mən də çox getmək istədim. Amma saxlayan səbəblərim çox qüvvətli çıxdı. Bəlkə doğrusunu sən etmisən. Aramızda qalmağa ən çox layiq olanların getməyə haqqı yoxdur. Ruhun şad olsun, Sura. Gözəl səsin vardı. Heyf, çox heyf.”