Məşhur “Kurtlar Vadisi Pusu” serialının yeni bölümünün anonsu yayılıb.
Oxu.Az xəbər verir ki, 240-cı bölümdə filmin əsas qəhrəmanı Polat Alemdar silahdaşlarına planlarını açıqlayır.
Filmdə ən maraqlı məqam Cahit və Polat Alemdarın bacısı Sofiyanın Britaniya kəşfiyyatına bağlı olan ŞEDİD qrupuna əsir düşməsi olub.
Xatırladırıq ki, serialda Necati Şaşmaz, Çiğdem Batur, Cahit Kayaoğlu, Ali Buhara Mete, Erhan Ufak, Gaye Gürsel kimi tanınmış aktyorlar rol alıb.
Ssenari Pana Yazım Grubu, rejissor Doğan Ümit Karacadır.