Türkiyəli müğənni Qəbələdə konsert verəcək.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, sənətçinin konserti martın 24-də Qəbələdə baş tutacaq.
Təşkilatçı Nahid Emiloğlu Işın Karacanın özəl proqramla tamaşaçılar qarşısına çıxacağını bildirib:
“Işın Karaca böyük ansamblı ilə birlikdə gələcək. Onunla bərabər Kiyevdən möhtəşəm rəqs qrupunu gətirəcəyəm. Gecədə əsl şou nümayiş olunacaq”.