Serbiyalı modelyer İvana Sərt “SES” jurnalına müsahibə verib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, o, özünü türk hiss etdiyini, həmişə Qurani-Kərimi oxuduğunu və bu gedişlə müsəlman olacağını deyib. Şəkillər çəkdirən İvana keçmiş əri Yurdal Sərt haqqında da danışıb:
“Eks həyat yoldaşım çox varlı olsa da, mənə heç vaxt bahalı çantalar, ayaqqabılar, daş-qaşlar almayıb. Boşanandan sonra istədiyimi ala bilirəm və çox xoşbəxtəm”.
Modelyer ondan ayrılan hər bir kişinin sonra geri döndüyünü söyləyib.