İdmançı Kamil Zeynallının aparıcılıq etdiyi “Kişi klubu” verilişindən uzaqlaşdırıldığı iddia edilir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kamilin son qalmaqallarından sonra belə bir addım atılıb.
Onun bir neçə gün bundan əvvəl vəzifəsinə xitam verildiyi qeyd olunur.
Layihənin müəllifi Bəhruz Əliyev bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Bu məlumat doğru deyil. Düşünürəm ki, veriliş üçün ən uğurlu aparıcı məhz Kamil Zeynallıdır. Onun yerinə başqası gətirilməyəcək”.
A.M.