Ötən gün “Günaydın” verilişinin mövzusu rəqqas və rəqqasələrə həsr edilib.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, Vüsalə Kərimovanın təqdimatında yayımlanan verilişə qonaq qismində Oksana Rəsulova və xalq artisti, rəqqas Kamil Dadaşov da təşrif buyurub.
Oksana bəzi həmkarlarına söz atıb:
“Rəqsimi alçaltmaram ki, gedib restoranda oynayım və kişilər mənə pis gözlə baxsın. Toylardan da təkliflər çoxdur, amma hamısını qəbul etmirəm. Bizdə oriyental rəqsləri çox vulqar təqdim edirlər. Rəqqasələr stollara yaxınlaşıb pul yığmaqla bu sənəti daha da ucuzlaşdırırlar”.
Xalq artisti Kamil Dadaşovun rəqqasə Fatimə haqqında etdiyi bu açıqlamalar isə hər kəsi təəccübləndirib:
“Rəqqasə Fatimə restoranlarda stolları gəzirdi. Mən onu tənqid edib narazılığımı da bildirdim. Onun rəqsi, plastikası çox gözəldir. Amma sənətini restoranlarda stolların qabağında oynamaqla gözdən salır.
Restoranlarda oynamaq olar, sən bunu elə təqdim etməlisən ki, bu sənətə yuxarıdan aşağı baxmasınlar. Rəşid Behbudov adına Mahnı Teatrında mənim quruluşumla 11 rəqs oynadı. O vaxt ona dedim ki, bir rəqqasə kimi sevilmək istəyirsənsə stollardan uzaqlaşmalısan”.