Şəxsi həyatını kameralar qarşısında yaşayaraq şöhrətə qovuşan Kim Kardaşyan sevgilisi Kanye West ilə yeni evlərində yaşamağa başlayıb.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, nəhəng bağçaya sahib olan Kim Kardaşyanın evi, ziyarətçilərini gözəl görünüşlü dəmir qapılarla qarşılayır. Evin girişindəki üzmə hovuzu möhtəşəm mənzərəli bağçası ilə birlikdə sanki sarayı xatırladır.
Kim Kardaşyanın evinin qapıları açıldığında böyük çilçıraq gözə dəyir. Erməni mənşəli ulduz öz mədəniyyətindən bəzi xüsusiyyətlərini evinə də əks etdirib.
Mətbəx dekorasiyası Aralıq dənizi üslubundadır. Ümumiyyətlə, bahalı və tünd mətbəx dekorasiyasında çiçək detallarına da yer verilib.
Kim Kardaşyanın evinin üst qatında 5 ayrı yataq otağı var. Hər yataq otağının ayrı vanna otağı var. Rahatılığına daim ciddi fikir verən Kimin evində SPA otağı da var. Evin digər sahələri isə Kim Kardaşyanın sərvət dəyərində geyimləri və ləl-cəvahiratlarını mühafizə etmək üçün böyük qarderoblara ayrılıb.
Sevgilisi Kanye West ilə birlikdə yaşayan Kim Kardaşyanın evi ABŞ-ın daşınmaz əmlak bazarının qiymətlərinə görə, 4.8 milyon dollarlıq dəyərə sahibdir.
Aytən Sadıqzadə