Rusiyalı repçi Sergey Parxomenkonun keçmiş arvadı Polina Ololo onu uşaqları qaçırmaqda ittiham edib.
“Vesti”nin məlumatına görə, bu barədə P.Ololo “Instagram”da yazıb.
Onun sözlərinə görə, tanınmış musiqiçi onu oğulları Mark və Platonla görüşməsinə, ünsiyyət qurmasına imkan vermir.
P.Ololo Sergeyin uşaqları təkbaşına qəhrəmanlıqla böyütdüyü barədə müsahibələrini xatırladaraq deyib.
“Onun dediyini təkzib etmək və söylədiklərinin yalan olduğunu demək istəyirəm. Çünki uşaqlar həyatlarının böyük hissəsini mənimlə yaşayıblar”.
Onun sözlərinə görə uşaqlar ağlayır, darıxırlar, lakin çox sərt cəza üsulundan istifadə edən atalarından qorxurlar.
“Kiçik oğlumun psixi vəziyyəti pisləşib, isterik vəziyyətə meyilli olub. Bu müddət ərzində uşaqların qapısı bağlı evdə bütün gecəni və istirahət günlərində tək qaldıqları hallar olub”, - deyə repçinin keçmiş arvadı şikayət edib.
Polina hazırda uşaqlarının harada olduğunu bilmədiyini deyib:
“Vəkil sorğusu ilə müəyyən etdik ki, saat 01.02 radələrində uşaqlar Xerson qeydiyyatı olan avtomobillə Krım sərhədini keçib, bundan sonra onların taleləri barədə məlumatım yoxdur. Bununla əlaqədar olaraq hüquq mühafizə orqanlarına müraciət etmişəm, həmçinin məhkəməyə vermək üçün sənədlər hazırlanır”.
View this post on InstagramDigər xəbərlər