Gənc müğənni Kəmalə Qaramollayeva ölkəmizi Avropada təmsil edəcək.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, “ADDİM Yaradıcı Gənclər Assosiasiyası”nın dəstəyi ilə Azərbaycan Bolqarıstanın Varna şəhərində gerçəkləşəcək 23-cü Discovery İnternational Pop Music festivalında iştirak edəcək. Assosiasiyanın sədri Hüseyn Cavadzadə açıqlamasında ölkəmizi bu peşəkar musiqi yarışmasında gənc müğənni Kəmalə Qaramollayevanın təmsil edəcəyini bildirib:
“Bu festival “Azəristar” yarışmasının finalçısı olan Kəmalənin yeni ailə qurduqdan sonra səhnəyə yenidən qayıdışıdır. Festivalda öz repertuarından və dünya hitlərindən 2 musiqi səsləndirəcək. Kəmalə səhnəyə ilk addımlarını Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Şərq ulduzları” layihəsindən atıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin solo oxuma ixtisasını fərqlənmə diplomu ilə bitirib. Hazırda isə musiqi sənəti üzrə aspirantdır. İngiliscəsi, xarici görünüşü və vokal imkanları ilə məncə o, bu yarışmada ölkəmizi təmsil etməyə layiqli iştirakçıdır”.