Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kənan M.M.-in çiyni çıxdı – FOTO
Ötən gün ATV kanalında yayımlanan “Ulduzların döyüşü” realiti-şousunun finalı baş tutub.
Oxu.Az xəbər verir ki, finalda müğənni Vüqar Muradovla rejissor Kənan M.M qarşılaşıb. Gərgin keçən döyüşün son saniyələrində Kənanın çiyni çıxıb. Həkimlər onun yarışı davam etdirməsinə icazə verməyib. Ona görə də qalib Vüqar Muradov hesab olunub.
Məsələ ilə əlaqədar Kənan İnstagram hesabında yazı paylaşıb:
“Mənim əzizlərim, 4 raund Vüqar qardaşla var gücümlə döyüşdüm. 5-ci raund – döyüşün bitməsinə 30 saniyə qalmış çiynim iki dəfə çıxdı və hakimlər heyəti döyüşü avtomatik olaraq Vüqar qardaşa verdilər. Halal xoşu olsun. Haqqınızı halal edin”.
Aytən Sadıqzadə
www.oxu.az