Rejissor Kənan M.M-lə (Mahmudov) müğənni Vüqar Muradov arasında baş verən davanın ATV-də yayımlanan “Ulduzların döyüşü” yarışmasının səbəb olduğu bildirilir.
Oxu.Az xəbər verir ki, finalda gərgin keçən döyüşün son saniyələrində Kənanın çiyni çıxıb. Həkimlər onun yarışı davam etdirməsinə icazə verməyib. Ona görə də qalib Vüqar Muradov hesab olunub.
Məsələ ilə əlaqədar Kənan İnstagram hesabında aşağıdakı məlumatı paylaşmışdı:
“Mənim əzizlərim, 4 raund Vüqar qardaşla var gücümlə döyüşdüm. 5-ci raund – döyüşün bitməsinə 30 saniyə qalmış çiynim iki dəfə çıxdı və hakimlər heyəti döyüşü avtomatik olaraq Vüqar qardaşa verdilər. Halal xoşu olsun. Haqqınızı halal edin”.
Müğənni Vüqar Muradov isə açıqlamasında “Gülməlidir, bu, bir bəhanədir. Kənanın qolu-filan çıxmamışdı, sadəcə, olaraq mən güclü olaraq qalib gəldim və Kənan bunu həzm edə bilmir. Yarış günü hər şey yaxşı idi, mən qalib olduqdan sonra Kənan mənimlə düşmənçiliyə başladı. Kənanın qolu çıxmamışdı. İnsanın qolu çıxanda ağrıdan tərpədə bilmir. Necə onun qolu çıxmışdı ki, mən onun qolunu tutub qaldırdım. Kənan yanında olan səviyyəssiz dostları bu söz-söhbətləri yaydı ki, “Kənanın qolu çıxmasaydı Vüqara qalib gələcəkdi?!” ” söyləmişdi.
İyunun 25-də keçirilən həmin final döyüşünü təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az