Bir müddətdir ekranlarda görünməyən məşhur aktrisa Ketrin Zeta Cons (Catherine Zeta Jones) baş rolunu ifa etdiyi “Dad's Army” adlı filmin qalasında qırmızı xalıya sözün əsl mənasında, damğa vurub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa gecəyə məşhur dizayner Elie Saab-ın imzasını daşıyan mavi rəngli dərin sinə dekolteli və yarıqlı ziyafət libasında qatılıb.
Aktrisa cazibadər görünüşü ilə görənləri heyran edib.