Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kibariye: “13 yaşında ovduxuma yuxu dərmanı qatdılar və...”
Türkiyəli məşhur müğənni Kibariye 13 yaşında ikən başına gələn qorxunc hadisədən danışıb. İfaçının sözlərinə görə, cinsi təcavüz məqsədiylə onun ovduxuna yuxu dərmanı qatılıb, ancaq son anda xilas edilib.
Uşaq yaşından səhnəyə çıxarılan Kibariye ona təcavüz etmək istəyən şəxsin Muğlada yeniyetmə oğlan olduğunu bildirib.
“O vaxt 13 yaşım var idi və yaxşı yerdə işləyirdin. Bir dəfə mənə sahib olmaq üçün ovduxumun içinə yuxu dərmanı qatdı. Artıq köynəyimin düymələrini də qoparıbmış, amma Zeyno bacı var idi, son anda o, məni xilas etdi. Valideynlərimə məktub yazdım, gəlib məni apardılar. O uşaq isə qardaşı və bibisi tərəfindən möhkəm döyüldü. Mənə aşiq olduğunu deyirdi, amma bu yaşda nə sevgi?.. İşə ailəmi dolandırmaq üçün çıxırdım”, - deyə məşhur ifaçı bildirib.
Kibariyə atasından heç bir sevgi görmədiyini və çox şiddətə məruz qaldığını, anası üçün isə əksinə canını verə biləcəyini, qardaşlarını da çox sevdiyini deyib.
“Ölünün arxasında bu qədər danışmazlar, günaha girirəm, amma atam məni çox döyürdü. Kəmərlə kürəyimdən vurardı. Buna görə aramızda bir yadlıq yaranmışdı. Ömrümdə heç vaxt uşağımı vurmamışam, üstünə qışqırmamışam. Çünki çox əziyyət çəkmişəm. Rahat və xoşbəxt deyildim”, - deyə Kibariyə hətyatının kədərli dönəmlərindən danışarkən bildirib.
Məönbə: Haber Global
"Kibariye" teqi üzrə xəbərlər
- Səhnədən yıxılaraq xəstəxanalıq olan Kibariyedən günlər sonra ilk paylaşım - FOTO
- Məşhur türkiyəli müğənni səhnədən yıxıldı - FOTO/VİDEO
- Əri başqa qadınla görünən Kibariye onu müdafiə etdi: “Bütün kişilər arvadlarını aldadır” - FOTO
- Borclarını ödəyə bilməyən müğənni evini satışa çıxardı
- Kibariye hamilə qızı ilə fotosunu paylaşdı - FOTO
Rəylər