Antalyanın Kumluca Mahalında bu il 16-cı dəfə təşkil edilən “Tarım və Seracılık Festivalı”na qatılan müğənni Kibariyə “Pomidor gözəli” seçilib.
Oxu.Az xəbər verir ki, festivala qatılan sənətçi Qaratəpə Stadionunda konsert verib.
Konsertin sonunda səhnəyə gələn Kumluca Bələdiyyə Başçısı AK Partiyalı Hüsaməddin Çetinkaya Kibariyəyə təşəkkür etdikdən sonra ona “Pomidor gözəli” tacını taxıb. Səhnədə pomidorun dadına baxan Kibariyə “Pomidor gözəli” seçilməyinə görə xoşbəxt olduğunu söyləyib.
Aytən Sadıqzadə
www.oxu.az