Azərbaycanlı müğənni Moskva fotoqrafının kameraları qarşısında soyunub.
Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, Rusiyann paytaxtında yaşayan və fəaliyyət göstərən Sultan Məşədiyev alt paltarında fotosessiya etdirib. Sultan Məşədiyev azərbaycanlı tamaşaçısına və dinləyicisinə “Sing your song” telelayihəsindən, eləcə də “Eurovision” milli seçimlərindən tanışdır.
Müğənni Latviyada keçirilən Аmberstar TV-festivalda, Rostovda “CD-də YFO” musiqili müsabiqədə Azərbaycanı təmsil edib. Hal-hazırda Sultan Məşədiyev Moskvada yaşayır və işləyir.
Sözügedən fotosessiyanı da moskvalı fotoqraf İvan Frank çəkib.