İsti havalar get-gedə yaxınlaşır. Qadınların çimərlik geyimiylə daha gözəl görünməsini təmin edəcəyini vəd verən brendlər də rəqabətə başlayıb. Qadınları incə olmağa istiqamətləndirən bu reklamlardan birinə iri bədənli model zarafatyana reaksiya verib.
Oxu.Az xəbər verir ki, bu il ilk dəfə “Sports Illustrated”ın reklam kampaniyasında iştirak edən böyük bədənli model Ashley Graham, İngiltərədə qadağan edilən bu kampaniyaya işarə edərək çimərlik geyimində bir şəkilini İnstagram səhifəsində paylaşıb.
26 yaşlı model "Bu çimərlik bədəninə hazırsınızmı?" yazılı paylaşımıyla sosial mediada çox səs-küyə səbəb olub. Graham həmin şərhi ilə qadınlara baxış bucağını zarafatyana tənqid edib.
Ashley Grahamın həmin pozası "Curves in bikinis" başlığı altında dərc olunub.
Ashley Grahamın İnstagramda lağ etdiyi reklam brendi də müzakirə mövzusuna çevrilib.
Tənqidçilərə görə çimərliyə getmək hər bədən ölçüsündəki insanın haqqıdır.
Aytən Sadıqzadə
www.oxu.az