“Eurovision-2014” mahnı müsabiqəsinin qalibi Konçita Vurst Parisdə Dəb Həftəsi çərçivəsində keçirilən nümayişə qatılıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, “Jean Paul Gaultier” brendinin yeni kolleksiyası böyük diqqət görüb.
Gecəyə qatılan Konçita Vurst də dəbdəbəli libası ilə maraq doğurub. Modelyer Jan Pol Höte Konçita ilə bir müddət əvvəl xeyriyyə balında tanış olmuşdu və onu öz kolleksiyasının siması seçmişdi.