Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialının nümayiş olunan son seriyasında Azərbaycandan bəhs edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, filmin qəhrəmanı Polad Elemdar Kara adlı kəşfiyyatçını məxfi əməliyyat üçün Azərbaycana göndərir.
Filmin sonunda Kara, “Ağsaqqallar şurası”nın Azərbaycan nümayəndəsinin öldürülməsi hadisəsini araşdırmaq üçün “Qardaş diyar” dediyi Azərbaycana gəlir. Kara Azərbaycanda Anadolu türkcəsində danışan silahlı iki nəfər tərəfindən ələ keçirilir.
Qeyd edək ki, “Kara” obrazının, postsovet məkanında uğurlu əməliyyatlar keçirmiş “Yeşil” (Yaşıl) ləqəbli Mahmud Yıldırım adlı türkiyəli kəşfiyyatçının prototipi olduğu bildirilir.
Serialın müvafiq seriyalarının çəkilişi üçün “Kara” obrazını canlandıran aktyor Hakan Boyavın Azərbaycana gələcəyi də güman olunur.